Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtomobilin vurduğu piyada xəstəxanada ölüb<font color=red> - Bakıda</font></b>

12:00 - 5 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 2-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini İlham İsayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Əsgər Cabbarovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 4-də orada ölüb.

 Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Müəllif: Ucnoqta.az