Ucnoqta.az
www.ucnoqta.az

Putinin Türkiyəyə səfərinin rəsmi tarixi açıqlanıb

17:01 - 4 Oktyabr 2016 tarixində dərc olunub.

 Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək."Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.Onun sözlərinə görə, həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını qəbul edəcək: "Prezident İstanbulda keçirilən enerji konqresində çıxış edəcək və Ərdoğanla görüşəcək".

Qeyd edək ki, oktyabrın 9-13-də İstanbulda Beynəlxalq Enerji Konqresi keçiriləcək. Bu tarixdə Türkiyə-Rusiya hökumətlərarası komissiyasının da iclası olacaq. 

Müəllif: Ucnoqta.az