Ucnoqta.az
www.ucnoqta.az

<b>Polis bölməsinə yeni rəis təyin olunub<font color=red> - Bakıda</font></b>

12:07 - 3 Oktyabr 2016 tarixində dərc olunub.

Daxili işlər orqanlarında yeni təyinat olub. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U. Şirinovun yerinə isə hələlik təyinat yoxdur.

Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U. Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun qardaşı oğludur.

Müəllif: Ucnoqta.az