Ucnoqta.az
www.ucnoqta.az

<b>Həbsxanadan 470 məhbus qaçıb</b>

10:56 - 1 Oktyabr 2016 tarixində dərc olunub.

Braziliyanın San-Paulu şəhərində həbsxanadan 470 məhbus qaçıb. Ucnoqta.az “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 200 məhbusun cəzaçəkmə müəssisəsindən qaçdığı bildirilirdi. Məlumata görə, qiyam qaldıran məhbuslar həbsxanada yanğın da törədiblər. Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 338 məhbus yaxalanıb, digərlərinin axtarışı davam etdirilir.

Müəllif: Ucnoqta.az