Ucnoqta.az
www.ucnoqta.az

<font color=blue><b>Şimon Peres ölümündən qabaq orqanlarını bağışlayıb</b></font>

11:01 - 28 Sentyabr 2016 tarixində dərc olunub.

İsrailin keçmiş prezidenti Şimon Peres ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlayıb. Ucnoqta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu onun həkimi və kürəkəni Rafi Valdman deyib. O bildirib ki,  ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib.

Xatırladaq ki, İsrailin keçmiş prezidenti Şimon Peres bu gün 94 yaşında Təl-Əvivdə vəfat edib.

Müəllif: Ucnoqta.az