Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>MSK sədri:</font> “Referendumda beynəlxalq və yerli müşahidəçilər seçici fəallığını xüsusi qeyd ediblər”</b>

10:51 - 27 Sentyabr 2016 tarixində dərc olunub.

“Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi şəffaf keçib. Beynəlxalq və yerli müşahidəçilər seçici fəallığını xüsusi qeyd ediblər”. Ucnoqta.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib. MSK sədri bildirib ki, Azərbaycan xalqı bu səsverməyə xüsusi diqqət yetirib: “Ümumilikdə, seçki çox şəffaf keçib”.

Müəllif: Ucnoqta.az