Ucnoqta.az
www.ucnoqta.az

<b>Ermənistanda xidmət rəhbəri həbs olunub</b>

11:32 - 15 Sentyabr 2016 tarixində dərc olunub.

Qeraçi adına İrəvan dövlət Tibb Universitetinin təhlükəsizlik xidmətinin rəhbəri Vanik Qinosyan həbs olunub.

Erməni KİV xəbər verir ki, bu barədə Universitetin rektoru Mikael Narimanyan bildirib. 

Narimanyan Qinosyanın 2 ay əvvəl həbs olunduğunu desə də, onun nədə günahlandırıldığını açıqlamayıb. 
Rektor sadəcə araşdırma getdiyini bildirib. 
Qeyd edək ki, daha əvvəl “Johovurd” qəzeti universitet rəhbərliyinin saxlanıldığını yazmışdı. 

Müəllif: Ucnoqta.az