Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>ABŞ-ın müdafiə naziri: </font>"Liviya ordusu tezliklə Siirti İŞİD-dən azad edəcək"</b>

11:00 - 8 Sentyabr 2016 tarixində dərc olunub.

"Liviya ordusu tezliklə Siirti İŞİD-dən azad edəcək". "RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter Londonda keçirdiyi mətbuat konfransında xəbər verib.

Onun sözlərinə görə, İŞİD hazırda şəhərin o qədər də əhəmiyyətli olmayan hissəsində mövqe tutub.
"Mən onların (Liviya ordusunun) şəhəri tezliklə kiçik sayda müqavimətçilərdən azad edəcəyini gözləyirəm" – deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, ABŞ şəhərin tam azad edilməsindən sonra da Liviya ordusuna yardımı dayandırmaq niyyətində deyil.
Qeyd edək ki, Siirtdə terrorçulara qarşı əməliyyat bir neçə aydır davam edir.

Müəllif: Ucnoqta.az