Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>ETSN: </font>Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır</b>

11:51 - 7 Sentyabr 2016 tarixində dərc olunub.

“Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır, proses tam dayanmayıb”. Bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O qeyd edib ki, Hacılar kəndi 45-65 metr mailliyi olan dağlıq ərazidə yerləşir: “İyul-avqust aylarında yağan güclü leysan yağışlar nəticəsində həmin ərazidə də sürüşmə baş verib. Sürüşmənin uzunluğu 300 metr, eni 50-70 metrdir, qırılma qaşının hündürlüyü isə 8-12 metrdir. Kütlənin dil hissəsi sürüşərək, kəndarası yolu tamamilə yararsız vəziyyətə salıb. Gediş-gəliş dayanıb”.

Müəllif: Ucnoqta.az