Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>BMT hesabatı:</font> Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda lider ölkədir</b>

11:20 - 7 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan orta həddən yuxarı gəlir səviyyəsi (4 126 - 12 475 ABŞ dolları) olan ölkələr sırasına daxildir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatında (UNIDO) deyilir.
Hesabata əsasən, Azərbaycanın qonşu ölkələri - Türkiyə və İran da orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr kateqoriyasına daxil olub. Sənəddə qeyd olunur ki, Rusiya - yüksək gəlir səviyyəsi, Ermənistan və Gürcüstan isə orta həddən aşağı gəlir səviyyəsi (1 046 - 4 125 dollar) olan ölkələr kateqoriyasında yer alıb.
Bundan başqa, Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil edilib.

Müəllif: Ucnoqta.az