Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtomobillə vurulan 74 yaşlı piyada ölüb <font color=red>- Zaqatalada</font></b>

11:13 - 6 Sentyabr 2016 tarixində dərc olunub.

Zaqatalada avtomobilin vurduğu 74 yaşlı piyada ölüb. Bu barədə Mərkəzi Rayon Xəstəxanasından (MRX) apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alan, rayonun Gözbarax kənd sakini, 1942-ci il təvəllüdlü Cəbrayıl Əli oğlu İsayevi sentyabrın 5-də axşam saatlarında xəstəxanada keçinib.

Qeyd edək ki, həmin gün səhər saatlarında rayonun Suvagil kənd yolunda kənd sakini, 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdiyi “VAZ 21099” markalı, 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə Cəbrayıl İsayevi vurub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az