Ucnoqta.az
www.ucnoqta.az

<b>Yük avtomobilindən 9200 ədəd siqaret aşkar edilib</b>

11:37 - 31 Avqust 2016 tarixində dərc olunub.

Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9200 ədəd “Kent” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az