Ucnoqta.az
www.ucnoqta.az

<b>İnsanları girov götürən ermənini 15 il həbs gözləyir <font color=red>- Moskvada</font></b>

12:25 - 26 Avqust 2016 tarixində dərc olunub.

Avqustun 24-də Moskvada "Sitibank"ın şöbəsini ələ keçirərək insanları girov götürmüş Aram Petrosyana qarşı ittiham irəli sürülüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, Rusiya Cinayət Məcəlləsinin silahdan istifadə etməklə iki və daha artıq şəxsin girov götürülməsi maddəsi üzrə ittiham edilir.
A.Petrosyanı 6 ildən 15 ilədək həbs cəzası gözləyir.

Müəllif: Ucnoqta.az