Ucnoqta.az
www.ucnoqta.az

Qubada üzərinə qaynar su tökülən azyaşlı ölüb

13:16 - 19 Avqust 2016 tarixində dərc olunub.

Quba rayonunda 2 yaşlı uşaq faciəli şəkildə ölüb.Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan 2 yaşlı Elnur Əliyevin üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az