Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə yataq otağından 1,5 metrlik ilan çıxdı- <font color=red><b>FOTO</b></font>

12:47 - 22 İyul 2016 tarixində dərc olunub.

Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evindən ilan çıxıb.Evin sakini Arifə İsmayılova Trend-ə bildirib ki, dünən yataq otağına daxil olarkən orada 1,5 metr uzunluğunda ilan görüb: "Yataq otağında həşəratlardan qorunmaq üçün döşəməyə xüsusi yapışdırıcı vasitə tökülmüşdü. İlan həmin yapışdırıcıya yapışıb. Ancaq buna baxmayaraq, o ölməmişdi. Bundan sonra ilanı öldürdük”.
Qeyd edək ki, Gəncədə yaşayış evlərindən ilanın çıxması çox nadir hadisədir.

Müəllif: Ucnoqta.az