Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mikroavtobus “Jiquli” ilə toqquşub: <font color=red><b>2 nəfər ölüb</b></font>

15:24 - 21 İyul 2016 tarixində dərc olunub.

Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub.Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.
Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır.

Müəllif: Ucnoqta.az