Ucnoqta.az
www.ucnoqta.az

Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirini qəbul edib

14:29 - 19 İyul 2016 tarixində dərc olunub.

Xarici İşlər Naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Müəllif: Ucnoqta.az