Ucnoqta.az
www.ucnoqta.az

<font color=red>Bakıda avtomobil piyadanı vurub öldürdü</font>

14:52 - 18 İyul 2016 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 16-da saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini İdris Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

 
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

 

Fidan

Müəllif: Ucnoqta.az