Ucnoqta.az
www.ucnoqta.az

Binəqədidə azyaşlı 5-ci mərtəbədən yıxılıb: <font color=red><b>xəstəxanaya aparılarkən yolda ölüb</b></font>

13:08 - 4 İyul 2016 tarixində dərc olunub.

  Binəqədi rayonunda azyaşlı evlərinin pəncərəsindən yıxılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, iyulun 3-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov 5-ci mərtəbədə yerləşən evlərinin pəncərəsindən yıxılıb.N.Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az