Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı diplomat Pan Gi Muna etimadnaməsini təqdim edib

12:59 - 1 İyul 2016 tarixində dərc olunub.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-də daimi nümayəndəsi təyin edilmiş azərbaycanlı diplomat Aqşin Mehdiyev BMT-nin baş katibi Pan Gi Muna etimadnaməsini təqdim edib.Bu barədə Trend BMT-nin saytına istinadən məlumat verir.
A.Mehdiyevin təyin edilməsi barədə qərarı İƏT-in baş katibi Əmin Mədəni qəbul edib.

Müəllif: Ucnoqta.az