Ucnoqta.az
www.ucnoqta.az

Avropa Liqası: <font color=red><b> "Qəbələ" və "Neftçi" ilk görüşlərinə çıxır</b></font>

17:53 - 30 İyun 2016 tarixində dərc olunub.

Bu gün Azərbaycanı avropada təmsil edəcək  "Neftçi" və "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar.Lent.az-ın məlumatına görə, "Neftçi" Maltada "Baltsan"ın qonağı olacaq. "Hibernians" stadionunda keçiriləcək.  Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.
Digər təmsilçimiz  "Qəbələ"  isə Bakıda Gürcüstanın "Samtredia" klubu ilə üz-üzə gələcək.
“Bakcell Arena”da keçiriləcək görüşün start fiti saat 21-da çalınacaq. Qarşılaşmanı Rusiyalı hakimlər briqadası idarə edəcək.

Müəllif: Ucnoqta.az