Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Ərdoğan Putinə məktub göndərib, üzr istədi</b></font>

17:27 - 27 İyun 2016 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib."Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, məktubda ikitərəfli münasibətlərin bərpasının vacibliyi vurğulanıb.
Dmitri Peskov Ərdoğanın "Su-24"un vurulması ilə bağlı Putindən "üzr istədiyi"ni də söyləyib.
Türkiyə mətbuat isə yazır ki, Ərdoğan Putinə məktubunda təyyarənin vurulması hadisəsindən təəssüfləndiyini vurğulayıb.

Müəllif: Ucnoqta.az