Ucnoqta.az
www.ucnoqta.az

Fransa səfiri: <font color=red><b>"Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşləri olacaq"</b></font>

13:03 - 21 İyun 2016 tarixində dərc olunub.

 "Dağlıq Qarabağ məsələsi ilə bağlı Sankt-Peterburqda keçirilən başqa görüşlərin də dünənki formatda baş tutacağı gözlənilir"."Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpante iyunun 21-də keçirdiyi mətbuat konfransında Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirərkən deyib.

Səfir Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə də toxunub: "Niyə də yox. Biz Dağlıq Qarabağ məsələsi üzrə ölkəmizdə görüşün keçirilməsinə hazır olduğumuzu həmişə vurğulamışıq".
J.Şarpante prezidentlərin görüşünü etimadın yaranması baxımından yaxşı göstərici olaraq dəyərləndirib: "Sankt-Peterburq görüşünün yekun bəyanatında görüşün müntəzəm keçirilməsinin qeyd edilməsi çox vacib məsələdir".

 

Müəllif: Ucnoqta.az