Ucnoqta.az
www.ucnoqta.az

Avro-2016: Türkiyə məğlubiyyətlə başladı

22:44 - 12 İyun 2016 tarixində dərc olunub.

Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün D qrupunda bir oyun keçirilib.  Parisdə Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib. Luka Modriçin yeganə qolu ilə Xorvatiya qələbə qazanıb.
Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.

Müəllif: Ucnoqta.az