Ucnoqta.az
www.ucnoqta.az

Messi həmin fotodan danışdı

10:07 - 18 İyul 2026 tarixində dərc olunub.

Argentina kapitanı Lionel Messi ilk dəfə Lamin Yamalı çimərkən çəkilmiş fotosuna münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, argentinalı illər sonra Dünya Kuboku finalında həmin oğlanla qarşılaşacağını heç vaxt ağlına belə gətirmədiyini söyləyib.

"Bir vaxtlar təsadüfi bir körpə ilə şəklimin çəkildiyi və indi onunla Dünya Kubokunun finalında görüşəcəyim inanılmazdır, həqiqətən inanılmazdır" -Messi deyib.
Şəkil 2007-ci ildə İspaniya qəzetinin xeyriyyə təqviminin bir hissəsi olaraq çəkilib. O zaman "Barselona"da oynayan 20 yaşlı Messi Kataloniyadan olan körpələrlə fotosessiyada iştirak edib. Onlardan biri o vaxt cəmi bir neçə aylıq olan Yamal idi.

19 iyulda Messi və Yamal Dünya Kuboku finalında Argentinanın İspaniya ilə matçında qarşılaşacaqlar.

Müəllif: Ucnoqta.az redaksiyası