Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" və "Zirə" qələbə qazandı - Azərbaycan irəlilədi

09:43 - 17 İyul 2026 tarixində dərc olunub.

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib.

Ucnoqta.az xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələr səbəb olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasında səfərdə İslandiyanın "Vestri" komandasını, "qartallar" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" klubunu 3:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Azərbaycanın cari mövsüm üzrə UEFA reytinqinə topladığı əmsal 1,500-ə yüksəlib. Ölkəmizin ümumi əmsalı isə 20,062-yə çatıb və Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

Hazırda 25-ci sırada 20,750 əmsalla İsrail, 27-ci yerdə isə 18,562 əmsalla Bolqarıstan yer alır.

Qeyd edək ki, UEFA ölkə reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

Müəllif: Ucnoqta.az redaksiyası