Ucnoqta.az
www.ucnoqta.az

Braziliya ABŞ-ın yeni tariflərinə cavab verəcək - Lula da Silva

16:46 - 16 İyul 2026 tarixində dərc olunub.

Braziliya hakimiyyəti ABŞ-ın Braziliya mallarına yeni 25% rüsum tətbiq etmək qərarına cavab olaraq dərhal milli iqtisadi qarşılıqlılıq qanununu tətbiq edəcək.

Ucnoqta.az bildirir ki, bu barədə Prezident Luis İnasio Lula da Silva X-də yazıb.

Prezident vurğulayıb ki, Braziliya rəhbərliyi artıq qanunsuz və özbaşına ABŞ tariflərindən təsirlənən sektorları dəstəkləyəcək milli iqtisadiyyatı qorumaq üçün bir plan hazırlayıb.

Bundan əlavə, Braziliya yeni xarici bazarlar açmaq niyyətindədir.

Müəllif: Ucnoqta.az redaksiyası