Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər

16:40 - 16 İyul 2026 tarixində dərc olunub.

"Qarabağ"ın UEFA Avropa Liqasının ilk mərhələsi çərçivəsində "Vestri" ilə bu gün səfərdə oynayacağı matçın yayımı sual altındadır. Təmsilçimizin İslandiyada baş tutacaq cavab görüşü ölkəmizdə göstərilməsi düyünə düşüb.

İlk oyunu yayımlayan "CBC Sport"dan Fanat.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ qarşı tərəfin "absurd təklifi" səbəbindən uzanır: 

"Bununla bağlı danışıqlar davam edir. Qarşı tərəf yayım şərtlərinə absurd təklif əlavə edib. Bu, həm "Qarabağ"ı, həm də bizi qane etmir. Son təkliflərimizi vermişik, cavab gözləyirik. Danışıqların nəticəsindən asılı olaraq, "CBC Sport" bu barədə sosial media hesabında bəyanat yayacaq".

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu təmsilçimiz "Vestri"ni ilk oyunda 3:0 hesabı ilə darmadağın edib. İslandiyadakı oyun bu gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq. 

"Qarabağ" mərhələni keçəcəyi təqdirdə, növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Müəllif: Ucnoqta.az redaksiyası