Ucnoqta.az
www.ucnoqta.az

Messi iddialara cavab verdi

13:17 - 16 İyul 2026 tarixində dərc olunub.

Argentina kapitanı Lionel Messi 2026-cı il Dünya Kuboku yarımfinalından sonra FİFA və hakimlərin xüsusi münasibəti ilə bağlı iddialara cavab verdi.

Ucnoqta.az xəbər verir ki, onun fikirlərini Foot Mercato yayıb.

"Qazandığımız hər şeyi şübhə altına almaq absurddur. Ardıcıl beş finala və ardıcıl ikinci Dünya Kuboku finalına yüksəldik - təkcə bu, komandamızın keyfiyyətindən çox şey xəbər verir. Son illərdə dünyanın ən yaxşı komandası olmuşuq. Bəzi insanlar nə düşünür və nə deyirlərsə desinlər - heç kim bizə heç nə vermədi. Sahib olduğumuz hər şeyi futbol meydançasında qazandıq", - Messi deyib.

Müəllif: Ucnoqta.az redaksiyası