Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yeni təmayül tədris modelli məktəblərin sayı artırıldı

12:32 - 16 İyul 2026 tarixində dərc olunub.

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək.

Ucnoqta.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.

Qeyd edək ki, daha əvvəl yeni təmayül tədris modelinin Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində olması nəzərdə tutulmuşdu. Bu gündən daha bir təhsil müəssisəsi bu siyahıya əlavə olunub.

Bildirilib ki, BŞTİ tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir

Müəllif: Ucnoqta.az redaksiyası