Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda 36 yaşlı kişi bıçaqlandı

11:06 - 16 İyul 2026 tarixində dərc olunub.

İyulun 15-də axşam saatlarında Göyçay şəhərində bıçaqlanma olub.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, 46 yaşlı Fariz Səlimov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.

Fariz Səlimov saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası