Ucnoqta.az
www.ucnoqta.az

İran Bəhreyndəki ABŞ bazasını vurdu

10:52 - 16 İyul 2026 tarixində dərc olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) Bəhreyndəki Şeyx İsa hava bazasındakı ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi Fars məlumat yayıb.
İddia olunur ki, Bəhreynin Şeyx İsadakı ABŞ bazasına güclü hücum həyata keçirilib və hava məkanının aşkarlanması və idarəetmə radarını, eləcə də düşmən təyyarələri üçün yanacaq doldurma stansiyası tamamilə məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası