Ucnoqta.az
www.ucnoqta.az

5 aylıq hamilə xəstəxanada öldü

10:39 - 16 İyul 2026 tarixində dərc olunub.

Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, 5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S. Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası