Ucnoqta.az
www.ucnoqta.az

Yollarda tıxac var - Siyahı

08:23 - 16 İyul 2026 tarixində dərc olunub.

Bakının bir sıra yollarında tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:

 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası