Ucnoqta.az
www.ucnoqta.az

İranla razılaşmanın mümkün olub-olmadığına qərar veriləcək - Tramp

00:00 - 16 İyul 2026 tarixində dərc olunub.

Vaşinqton administrasiyası Tehranla yeni bir razılaşma əldə etmək üçün perspektivlərin olub-olmadığına qərar verəcək.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Pensilvaniyada müdafiə innovasiyası üzrə konfransda çıxış edərkən bildirib.

"Onlar çox pis danışıqlar aparmaq istəyirlər. Bizim etdiklərimizi bəyənmirlər. Onlarla danışıqlar aparıb-aparmayacağımızı, yoxsa sadəcə buna son qoyacağımızı qərar verəcəyik", - deyə Tramp əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası