Ucnoqta.az
www.ucnoqta.az

FİFA 2026-cı il Dünya Kuboku finalında fasiləni ikiqat artıracaq

15:37 - 15 İyul 2026 tarixində dərc olunub.

FİFA-nın Super Kubok üslubunda fasilə şousu keçirmək barədə mübahisəli qərarı səbəbindən Dünya Kuboku finalındakı fasilə yarım saata qədər uzadıla bilər.

Ucnoqta.az-ın məlumatına görə, The Telegraph bu barədə xəbər verir.

Fasilə Şousu 19 iyulda Nyu-Cersi ştatındakı MetLife stadionunda keçiriləcək və turnir finalçıları burada qarşılaşacaqlar. Əsas heyətdə Castin Biber, Madonna, Şakira və BTS olacaq. Şounu Coldplay qrupunun aparıcı müğənnisi Kris Martin təşkil edir.

Finaldan əvvəl aktyor Tom Kruz, müğənnilər Laura Pausini, Nikol Şerzinger, Robbi Uilyams və bloger IShowSpeed-in iştirakı ilə 90 dəqiqəlik bağlanış mərasimi də olacaq.

Britaniya televiziya kanalları BBC və ITV artıq 30 dəqiqəlik fasiləyə hazırlaşır. Bu, 11 dəqiqəlik çıxışı təmin etmək və ilk hissənin ənənəvi 15 dəqiqəlik ekspert təhlilini qorumaq üçün lazımdır.

Çıxış 11 dəqiqə davam edəcək və nəzəri olaraq fasilə zamanı tam hazır olacaq. Lakin, tamaşa üçün səhnəni hazırlamaq və sonra sökmək üçün əlavə vaxt lazım olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası