Ucnoqta.az
www.ucnoqta.az

Bu il 227 minə yaxın "Asan İmza" sertifikatı verilib

14:40 - 15 İyul 2026 tarixində dərc olunub.

Bu ilin yanvar – iyun ayları ərzində Azərbaycanda ümumilikdə 145.061 müraciət üzrə 226.804 Asan İmza sertifikatı verilib.

Ucnoqta.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bundan əlavə, hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 276.793 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 454.992 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlərin ümumi xidmətlərin sayında xüsusi çəkisi 54,4% təşkil edib.

I yarımildə vergi ödəyicilərindən daxil olmuş 14,7 min yazılı müraciət cavablandırılıb, 12,8 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2.806 vergi ödəyicisinin iştirakı ilə 194 görüş keçirilib, 3.413 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3 milyon SMS göndərilib.

Müəllif: Ucnoqta.az redaksiyası