Ucnoqta.az
www.ucnoqta.az

ABŞ hücumları nəticəsində yeddi iranlı əsgər həlak olub

13:45 - 15 İyul 2026 tarixində dərc olunub.

ABŞ-ın İranın cənub-şərqindəki Bampur şəhəri yaxınlığındakı hücumları nəticəsində ən azı yeddi əsgər həlak olub, 13 nəfər yaralanıb.

Ucnoqta.az bildirir ki, bu barədə İslam Respublikasının quru qüvvələrinin mətbuat xidməti məlumat verib.

"Bu gün səhər tezdən ABŞ terrorçu ordusu 13 raket ataraq Bampurdakı İslam Respublikasının quru qüvvələrinin qarnizonlarından birinin kazarmalarına və şəxsi heyət bölmələrinə zərbə endirib. ABŞ-ın bu hücumu nəticəsində İranşəhrın 388-ci briqadasından yeddi nizami və müddətli əsgər həlak olub, daha 13 nəfər yaralanıb və müalicə alır", - deyə açıqlamada bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası