Koreya Respublikasının Prezidenti Li Ce Myonq hökumətin daşınmaz əmlak bazarını sabitləşdirmək kampaniyasına dəstək olaraq yeganə mənzilini satacaq.
Ucnoqta.az bildirir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat verib.
"Artıq evim yoxdur", - deyə Prezident dünən kabinet iclasında bildirib.
Mənbələrə görə, ilkin razılaşma imzalanıb və müqavilə tezliklə bağlanacaq.