Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən 62 yaşlı kişinin meyti çaydan tapıldı

11:16 - 15 İyul 2026 tarixində dərc olunub.

Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti çaydan tapılıb.

Ucnoqta.az xəbər evrir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, meyti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası