Ucnoqta.az
www.ucnoqta.az

"Sabah" uddu - Azərbaycan reytinqdə irəlilədi

10:11 - 15 İyul 2026 tarixində dərc olunub.

"Sabah"ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı Azərbaycanın UEFA reytinqində əmsalını artırıb.

Ucnoqta.az xəbər verir ki, paytaxt təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə Uelsin TNS klubunu 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Azərbaycanın UEFA reytinqinə əlavə 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın 2026/2027 mövsümü üçün topladığı əmsal 1,000-ə yüksəlib. Hazırda ölkəmiz 19,562 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Azərbaycan 27-ci sıradakı Bolqarıstanı (18,312) qabaqlayır, 25-ci yerdə isə 20,750 əmsalla İsrail qərarlaşıb.

UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, ilk oyunda Bakıda TNS-ni 2:0 hesabı ilə məğlub edən "Sabah" iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu növbəti mərhələdə Finlandiyanın KUPS klubu ilə qarşılaşacaq.

Müəllif: Ucnoqta.az redaksiyası