Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ordusu çox sayda itki verib

08:41 - 15 İyul 2026 tarixində dərc olunub.

Rusiya qoşunları Ukraynada çix sayda itki verir. 

Ucnoqta.az xəbər verir ki, Ukrayna Baş Qərargahın 15 iyul tarixli hesabatına görə, son 24 saat ərzində işğalçılar 1470 nəfəri öldürüb və yaralayıb, eləcə də 42 artilleriya sistemini itirib.

Düşmənin ümumi döyüş itkiləri 1.423.280 nəfərə çatıb. Rusiya qoşunlarının hazırkı itkiləri aşağıdakılardır:

Şəxsi heyət - təxminən 1.423.280 (+1.470) ədəd;

Tanklar - 12.141 (+10) ədəd;

Zirehli döyüş maşınları - 24.938 (+6) ədəd;

Artilleriya sistemləri - 45.953 (+42) ədəd;

MLRS - 1.936 (+5) ədəd;

Hava hücumundan müdafiə sistemləri - 1.492 (+1) ədəd;

Təyyarə - 437 (+0) ədəd;

Helikopter - 353 (+0) ədəd;

Yerüstü robot sistemləri - 1.907 (+2) ədəd;

Əməliyyat-taktiki səviyyəli PUA-lar - 409.204 (+2.003) ədəd;

Qanadll raketləri - 4.906 (+7) ədəd;

Gəmilər/qayıqlar - 34 (+1) ədəd;

Sualtı qayıqlar - 2 (+0) ədəd;

Avtomobil nəqliyyat vasitələri və tankerlər - 120.307 (+445) ədəd;

İxtisaslaşdırılmış nəqliyyat vasitələri - 4.420 (+4) ədəd.

Müəllif: Ucnoqta.az redaksiyası