Ucnoqta.az
www.ucnoqta.az

Mbappe Fransanın Dünya Kubokunda iştirak rekordunu qırdı

00:00 - 15 İyul 2026 tarixində dərc olunub.

Kilian Mbappe Fransa milli futbol komandasının Dünya Kubokunda iştirak sayına görə rekord qırıb.

Ucnoqta.az xəbər verir ki, hücumçu İspaniyaya qarşı yarımfinalda start heyətində yer aldı ki, bu da onun 21-ci Dünya Kuboku çıxışı idi.
O, bu baxımdan 2018-ci il turnirinin qalibi Hugo Llorisi (20) geridə qoydu. Qapıçı 2022-ci il Dünya Kubokundan sonra Fransa milli komandasından karyerasını bitirib.

27 yaşlı Mbappe 2024-cü ildən bəri Real Madriddə oynayır.

Müəllif: Ucnoqta.az redaksiyası