Ucnoqta.az
www.ucnoqta.az

Deşam Dünya Kuboku rekordçusu oldu

23:21 - 14 İyul 2026 tarixində dərc olunub.

Fransa milli komandasının məşqçisi Didye Deşam baş məşqçi kimi ən çox oyun keçirən Dünya Kuboku rekordçusu olub.

Ucnoqta.az xəbər verir ki, o, bu nailiyyətə ABŞ-ın Texas ştatının Arlington şəhərində İspaniyaya qarşı yarımfinal matçında nail olub.

Fransalı mütəxəssisin hazırda Dünya Kubokunda 26 oyunu var və bu, Almaniya millisinin məşqçisi Helmut Şön-ü geridə qoyur.

57 yaşlı Deşam 2012-ci ildən bəri Fransa millisinin məşqçisidir.

Müəllif: Ucnoqta.az redaksiyası