Ən azı üç heyət üzvü itkin düşüb, daha 18 nəfər isə Omanın Musandam əyaləti sahillərində BƏƏ-yə məxsus "Əl Bahyah" neft tankerinə hücumdan sonra təxliyə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sultanlığın Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat verib.
Mərkəz açıqlamasında bildirib ki, Dəniz Təhlükəsizliyi Mərkəzi BƏƏ-də yerləşən və Liberiya bayrağı altında üzən "Əl Bahyah" neft tankerinə Musandam əyaləti sahillərindən 9,6 dəniz mili məsafədə hücum edildiyini bildirir.
Əlavə edilib ki, 18 heyət üzvünün təxliyəsi yaxınlıqdakı gəmilərin köməyi ilə həyata keçirilib, üç dənizçi isə itkin düşüb.