Ucnoqta.az
www.ucnoqta.az

Evdən qızıl-zinət əşyaları oğurlayan qadın saxlanıldı

16:32 - 14 İyul 2026 tarixində dərc olunub.

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı S.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarının bir qismini satdığı məlum olub.

Araşdırma davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası