Ucnoqta.az
www.ucnoqta.az

Prezident çox doğru, beynəlxalq hüquqa, vicdana, həqiqətə uyğun danışıb

15:34 - 14 İyul 2026 tarixində dərc olunub.

Peskov deyib ki, sitat: “Azərbaycan Prezidentinin Ukrayna münaqişəsinə münasibəti yanlışdır”.
İlham Əliyev nə deyib, sitat: “Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq”.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Real partiyasının sədri Natqi Cəfərli bildirib. Natiq Cəfərli prezident İlham Əliyevib düzgün münasibət bildirdiyini qeyd edib:

"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?! Prezident çox doğru, beynəlxalq hüquqa, vicdana, həqiqətə uyğun danışıb, Azərbaycan xalqının, cəmiyyətinin böyük əksəriyyətinin düşüncəsini əks etdirib, düzgün münasibət göstərib. Sizi yandıran, səhv olan nədir axı?! Siz, Rusiya, başqa ölkənin torpağını işğal etməyə normal baxırsınızsa, bunun gələcəkdə mütləq “bumeranq” effekti olacaq – sabah, sizin də torpaqlarınız parçalananda hamı buna normal yanaşacaq, hatta bu yöndə çalışacaq. Anlayırsız bunu?!" 

Müəllif: Ucnoqta.az redaksiyası