Ucnoqta.az
www.ucnoqta.az

İspaniya Baş nazirin qardaşına hökm oxudu

14:49 - 14 İyul 2026 tarixində dərc olunub.

Məhkəmə İspaniya Baş naziri Pedro Sançesin qardaşı David Sançesi Badajoz Vilayət Şurasına işə qəbul qərarı ilə bağlı işdə doqquz il müddətinə dövlət vəzifəsi tutmaqdan məhrum edib.

Ucnoqta.az bildirir ki, bu barədə TASS-a Extremadura Ali Məhkəməsi məlumat verib.

İş üzrə dinləmələr 28 maydan 9 iyuna qədər davam edib və 40-dan çox şahid və 11 şübhəli şəxs ifadə verib.

Məhkəmənin məlumatına görə, baş nazirin qardaşı vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinə görə "doqquz il müddətinə dövlət vəzifəsi tutmaqdan məhrum etmə cəzası" ilə cəzalandırılıb. Hazırkı məhkəmə qərarından apelyasiya şikayəti verilə bilər.

2024-cü ildə İspaniya Mülki Qvardiyası ifaçılıq sənəti şöbəsindən məsul olan David Sançeslə bağlı sənədləri tapmaq üçün Badajoz Vilayət Şurasının binasında axtarışlar aparıb.

Baş nazirin qardaşı ilə bağlı istintaq həmin ilin iyun ayında başlayıb.

Ona qarşı şikayət "Təmiz Əllər" sindikatı tərəfindən verilib. ABC-nin xəbər verdiyi kimi, məhkəmə prosesi Badajoz əyalət şurasının baş nazirin qardaşının xeyrinə xüsusi olaraq hazırlanmış bir vəzifə yaradıb-yaratmadığını və vəzifə şərtlərinin sonradan onun peşəkar və şəxsi maraqlarına uyğun olaraq dəyişdirilib-dəyişdirilmədiyini müəyyən edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası