Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

15:47 - 13 İyul 2026 tarixində dərc olunub.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 7 vaqon buğda göndəriləcək.

Ucnoqta.az xəbər verir ki, bu gün Ermənistana 490 ton buğda tədarük ediləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Müəllif: Ucnoqta.az redaksiyası