Ucnoqta.az
www.ucnoqta.az

Yəmən qırıcıları İran təyyarəsinə görə Səna hava limanını bombaladı

15:30 - 13 İyul 2026 tarixində dərc olunub.

Yəmən silahlı qüvvələri İran təyyarəsinin enişinin qarşısını almaq üçün Husi üsyançı hərəkatı Ənsar Allah tərəfindən idarə olunan Səna beynəlxalq hava limanının uçuş-enmə zolağına zərbə endirib.

Ucnoqta.az bildirir ki, SABA-nın məlumatına görə, ölkənin Müdafiə Nazirliyi bu barədə açıqlama verib.

Bildirilir ki, İran rejimi tərəfindən dəstəklənən Husi terrorçu qrupları Yəmən milli aviasiyasının paytaxt Səna hava limanına enişini qadağan edib və İran təyyarəsinin Yəmən ərazisinə daxil olmasında israr ediblər və buna görə də hava limanının uçuş-enmə zolağına zərbə endirilib".

Zərbədən bir müddət əvvəl Müdafiə Nazirliyi Səna hava limanının dərhal təxliyəsinə çağırıb və vətəndaşları obyektə yaxınlaşmamaq barədə xəbərdar edib. Agentlik ölkənin hava məkanını pozmağa cəhd edən hər hansı bir təyyarəni tutmağa hazır olduğunu vurğulayıb və qeyd edib ki, bu tədbirlər milli suverenliyin qorunmasına yönəlib.

Müəllif: Ucnoqta.az redaksiyası